HAQQIMIZDA

ANA SƏHİFƏ / HAQQIMIZDA

2004-cü ildə əsası qoyulan Ştutqart Mağazası müxtəlif növ avto ehtiyat hissələrini dünya ölkələrindən Azərbaycana gətirərək topdan və pərakəndə satışını həyata keçirməklə məşğuldur. Ştutqart Mağazası yarandığı ildən Azərbaycan bazarında original keyfiyyətli ehtiyat hissələrinin satışını təşkil etməkdədir. Şirkət Avropa və Asiyanın qabaqcıl ölkələrindən avto ehtiyat hissələrini ölkəmizə gətirməklə yanaşı həm də bir sıra nəhəng şirkətlərin rəsmi distribütoruna çevrilmişdir. Qısa zaman ərzində Ştutqart paytaxt Bakıda öz mağazalarını artırmaqla Ştutqart Mağazalar şəbəkəsini qurmuşdur. Hal-hazırda Bakı şəhərinin Babək, Yasamal, Biləcəri, Əhmədli, Bakıxanov, 8-ci Mikrorayon, Zabrat şöbələri ilə yanaşı Sumqayıt, Lənkəran və Masallı şəhərlərində filiallar açan şəbəkəmiz əhatəsini daha da genişləndirmək məqsədi ilə respublikamız daxilində öz mağazalarını yaratmaqda davam edir.  Daim müştəri məmnuniyyətini göz önünda tutan Ştutqart Mağazalar Şəbəkəsi keçirdiyi müxtəlif kampaniyalarla alıcıların sevimli məkanına çevrilmişdir.  Fərdi müştərilərlə yanaşı çox sayda dükanlarla əməkdaşlıq edən Ştutqart, tərəfdaşlıq etdiyi dükanları keyfiyyətli  avto ehtiyat hissələri ilə təmin edir.

 

Başlıca məqsədimiz alıcılara daim sərfəli qiymətlərlə original məhsul təqdim edərək keyfiyyətsiz malları bazar dövriyyəsindən çıxarmaqdır. Ştutqart Mağazalar Şəbəkəsi ilə əməkdaşlıq edən avto ehtiyat üzrə mütəxəssis və ekspertlər daimi olaraq alıcıların suallarını cavablandırır və yüzlərlə ehtiyat hissələri barəsində məlumat verir . Ştutqart bütün şəhər və rayonlarda fəaliyyət göstərən avto ehtiyat hissələri mağazaları ilə əməkdaşlıq etmək istəyini ifadə edərək onlara original ehtiyat hissələrini birinci əldən almağı təklif edir. Şəbəkəmiz ilə uzun müddətli əməkdaşlıq edən mağazalar daimi olaraq Ştutqart Mağazalar Şəbəkəsinin həyata keçirdiyi kampaniyalardan yararlanır.

 

Əməkdaşlıq və digər suallarınızla bağlı saytımızda yer alan əlaqə nömrələrindən istifadə edə bilərsiniz.



  FACEBOOKDA BİZ

  Bizimlə əlaqə
  Ştutqart mağazalar şəbəkəsi

Bakı şəh., Babək pr. 37 C.

Mail : [email protected]
İş vaxtı : 9:00 - 19:30

  Sayğac